Bakı üzrə turlar

Açıq hava altında qayaüstü təsvirlər muzeyi

Qobustan qayaüstü təsvirləri müxtəlif dövrlərə aid edilir və tarixi e.ə.10-8 minilliklərdən orta əsrlərə qədər gedib çıxır. Belə böyük tarixi dövrü əhatə etməsinə görə onlar dünyanın digər qayaüstü kolleksiyaları işərisində yüksək yer tuturlar. Qobustanın qayaüstü təsvirlərinin inkişaf mərhələləri mövzuların, üslübların, qiruluşlarının, şəkillərin çəkilməsi texnikasının çoxcəhətliliyi ilə, habelə onunla açıq-aydın nəzəri cəlb edir ki, onlar ən qədim vaxtlardan son əsrlərə qədər bir-birinin üzərində təsvir olunmuşlar.

Arxeoloqların səyləri sayəsində 1000 qaya üzərində 6 mindən çox şəkil, qədim yaşayış yeri – mağaralar və karvansaralar, 40 yaxın kurqanlar, 100 mindən çox maddi=mədəni əşyalar aşkar olunmuşdur. ən qədim şəkillər mezolit dövrünə aid edilir, lakin burada yaşyışın daha əvvəllərdə olması ehtimal olunur ki, bu da Qobustanı sivilizasiyanın beşiklərindən biri hesan etməyə imkan verir.